Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul-görüşü keçirildi. Şəhərin Corat qəsəbəsində təşkil olunan görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Zakir Fərəcov sakinləri fərdi qaydada dinləyərək onların qaldırdığı məsələlərin bir qismini yerindəcə həll edib. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Görüş zamanı şəhər sakinləri Sumqayıtda həyata keçirilən abadlıq, quruculuq və yenidənqurma işlərindən razılıqlarını ifadə edərək, müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları Zakir Fərəcovun şəhərin inkişafı və sakinlərin rifahı üçün gördüyü işləri yüksək qiymətləndirərək, onların problemlərinin həllində göstərdiyi dəstəyə görə təşəkkürlərini çatdırıblar.
Müzakirə qapadılmışdır.