Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin, bolluğun, bərəkətin və xeyirxahlığın rəmzi olan Novruz bayramı Sumqayıt şəhərində xüsusi təntənə ilə qeyd olunacaq. Baharın gəlişinin sevincini sakinlərlə birgə bölüşmək məqsədilə şəhərdə genişmiqyaslı bayram proqramı hazırlanıb.
Belə ki, martın 18-də Sumqayıt Bulvarında möhtəşəm bayram tədbiri təşkil ediləcək. Tədbir saat 12:00-da Sumqayıt Muğam Mərkəzi və Bayraq Muzeyinin qarşısında başlayacaq. Bununla yanaşı, tədbirlər bulvar ərazisi boyunca müxtəlif nöqtələrdə davam etdiriləcək və şəhər sakinləri üçün rəngarəng proqram təqdim olunacaq.
Tədbir çərçivəsində milli musiqilər, folklor nümunələri, əyləncəli səhnəciklər və müxtəlif mədəni çıxışlar təşkil olunacaq.
Sumqayıt sakinləri və şəhərin qonaqları Novruzun sevincini birlikdə yaşamaq, baharın gəlişini coşqu ilə qarşılamaq üçün bu möhtəşəm tədbirə dəvət olunurlar.
Sumqayıtda Novruz bayramı münasibətilə ümumşəhər tədbir təşkil olunacaq
•
189


Müzakirə qapadılmışdır.