Sumqayıt şəhərində Novruz bayramı şənlikləri bir neçə gündür davam edir.
Sumqayıt şəhər İcra hakmiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq xalqımızın əziz bayramlarından olan Novruz Bayramı şəhərdə geniş şəkildə qeyd olunur.
Tədbirlər planına uyğun olaraq bu gün sumqayıtlıların sevimli istirahət guşəsi olan ”Göyərçin” abidəsinin qarşısında Novruz şənliyi keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra hakmiyyətinin rəsmiləri də iştirak edib.
Qeyd edək ki, Sumqayıt şəhərində Novruz şənlikləri Martın 24-nə kimi davam edəcək.
sumqayitxeber.com Novruz şənliyindən fotoları tədqim edir:
Foto: Xəqani Əzizov
Müzakirə qapadılmışdır.