Sumqayıtda oğul atasını küçədə döydü, cəzası ağır oldu — TƏFƏRRÜAT

1689

Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Məhəmməd şəxsi münasibətlər zəminində atası Novruza xəsarət yetirib.

Hadisə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən yataqxanda baş verib.

Məhəmməd ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı atası Novruzu vurub.

Hadisəni törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs doğma atasıdır: “Mən spirtli içki aludəçisiyəm. Hadisə baş verən günü, saat 21 radələrində evə gəldikdə yemək yeyən zaman içmək üçün 250 qram araq və 0.5 litr pivə aldım. Yemək yeyib araq və pivəni içdim”.

Təqsirləndirilən şəxs deyib ki, atası gəzərək xlor satdığından ona bir daha işə getməməsini, zəruri ehtiyaclarını təmin edəcəyini deyib: “Atam isə ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Əsəbləşərək onun üz nahiyəsindən bir neçə dəfə əl zərbəsi ilə vurdum. Zərbələrin təsirindən atam yerə yıxıldı”.

İş üzrə zərərçəkmiş Novruzun sözlərinə görə, oğlu Məhəmməd spirtli içki aludəçisidir, Məhəmməd heç yerdə işləmir, tüfeyli həyat tərzi sürür və içki içdiyi vaxtlarda Məhəmməd hərəkətlərini, davranışını itirir: “Hadisə günü saat 21 radələrində Məhəmməd sərxoş halda evə gəldi. Nalayiq ifadələr işlətdikdə onun sərxoş olduğunu bildim. Ona söyüş söyməməsini, evdə azyaşlı uşaqların olduğunu dedim. Məhəmməd isə sözümə heç bir əhəmiyyət vermədi, söyüş söyməkdə davam etdi. Məhəmmədə çölə çıxaraq biraz hava almasını dedim. Çölə çıxaraq gəzdik, yataqxana 5-in qarşısına çatdıqda heç bir səbəb olmadan sakit tərzdə söhbət etdiyimiz zaman gözləmədiyim halda Məhəmməd əl zərbəsi ilə üzümdən, başımdan vurdu. Zərbələrin təsirindən arxası üstə yerə yıxıldım. Buna baxmayaraq Məhəmməd mənə yaxınlaşaraq təpik zərbələri ilə qarnımdan, qollarımdan, kürəyimdən, ayaqlarımdan vurmağa başladı. Zərbələrin təsirindən huşumu itirdikdən sonra Məhəmməd məni vurmağı dayandırdı, oradan getdim. Ayağa qalxaraq Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə yaxınlaşdım, döyülməyim ilə bağlı ərizə ilə müraciət etdim”.

Zərərçəkmiş deyib ki, Məhəmməd onu mütamadi olaraq döyür, rahat yaşamağa qoymur, ondan şikayətçidir.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Məhəmməd 7 ay müddətinə azadlıqdan məhrum edilib. demokrat.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər