
sumqayitxeber.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, Babək küçəsində Təhsil Nazirliyinə məxsus hər mərtəbəsi 2500 kv.m olan üç mərtəbəli orta məktəb binasının 3-cü mərtəbəsində 1-ci sinif otağı və içərisindəki əşyalar 30 kv.m sahədə yanmışdır. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.