Sumqayıtda piyada keçidləri yenilənir

558

Sumqayıt şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Şəhərin müxtəlif küçə və prospektlərində piyada keçidlərinin yenidən rənglənməsi işlərinə başlanılıb.

Hazırda Azərbaycan prospektində uzun müddət intensiv hərəkət nəticəsində solmuş və aydın görünməyən piyada keçidləri yenilənir. Bu işlər mərhələli şəkildə bütün əsas küçə və prospektlərdə aparılacaq. Yaxın günlərdə şəhərin digər küçələrində də piyada keçidlərinin yenilənməsi nəzərdə tutulur.

Şəhər sakinləri görülən işləri müsbət qarşılayaraq, bu addımın həm sürücülərin, həm də piyadaların rahatlığı üçün vacib olduğunu qeyd edirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər