Sumqayıtda piyada keçidlərindən istifadə etməyən sakinlər cərimələnib

186

Sumqayıt şəhərində yol hərəkəti qaydalarına əməl olunması istiqamətində keçirilən maarifləndirici kampaniya artıq inzibati tədbirlərlə müşayiət olunur. Şəhər İcra Hakimiyyəti və Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən aksiya çərçivəsində piyada keçidlərindən istifadə etməyən bir sıra sakinlərə cərimələr tətbiq edilib.

Kampaniyanın əsas məqsədi piyadalar arasında yol təhlükəsizliyi vərdişlərinin formalaşdırılmasıdır. Gənc könüllülərin iştirakı ilə şəhərin müxtəlif ərazilərində maarifləndirici söhbətlər aparılır, vətəndaşlara qaydalar izah olunur. Lakin artıq ilkin mərhələ başa çatdığından, qaydalara əməl etməyənlərə qarşı hüquqi tədbirlərə başlanılıb.

Ətraflı videonu təqdim edirik:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər