Sumqayıtda prezidentin ad gününə tort hazırlanır

719

Dekabrın 24-də prezident İlham Əliyevin ad günü ilə əlaqədar Sumqayıtda tort hazırlanır. Amma şəhər rəhbərliyi sumqayıtlıları bu dəfə təkcə torta yox, paxlavaya da qonaq edəcək.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumatda qeyd olunur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) qarşısında 10 gündən artıqdır nəhəng çadır qurulub. Çadırda nəhəng şirniyyatın hazırlanması prosesi gedir. Məkan polis əməkdaşları tərəfindən ciddi mühafizə edilir, ora kənar şəxslər buraxılmır.

Virtualaz.org saytı məsələ ilə bağlı Sumqayır Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən müxbirimizə bildiriblər ki, bu il tortun ölçüsü prezidentin yaşına uyğun olaraq artacaq. Yəni bu il 52 metr uzunluğunda tort hazırlanacaq.

Qeyd edək ki, hər il tortun uzunluğu 1 metr artır. Dekabrın 24-də İlham Əliyevin 52 yaşı tamam olur deyə Sumqayıt ŞİH başçısı Eldar Əzizov tortun ölçüsünü 1 metr də artırıb. Ötən ol 51 metrlik tort bişirilmişdi

Sumqayı ŞİH-dən onu da deyiblər ki, builki 52 metrlik tortun çəkisi 12 tona yaxın olacaq. Tortun hazırlanması üçün 25 minə yaxın yumurtadan, 2 tondan çox undan, 2 ton şəkərdən, 300 kiloqramdan çox qozdan istifadə ediləcək.

Yada salaq ki, Sumqayıtın icra başçısı Eldar Əzizov ilk dəfə belə tortu Gəncədə icra başçısı olanda hazırlatdırıb. Onun iş yerini dəyişməsi ilə bu ənənə də Gəncədən Sumqayıta keçib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər