Bu gecə Sumqayıtda qadın kimyəvi maddədən zəhərlənib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Zülfiyyə Əsədova evindən kimyəvi məhluldan zəhərlənib. Onu huşsuz vəziyyətdə tapan ailə üzvləri təcili yardıma müraciət ediblər. Qadın xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, qadın intihar etmək istəyib.
Faktla bağlı araşdırma aparılır.
Müzakirə qapadılmışdır.