Sumqayıt şəhərində qadın piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən sumqayitxeber.com-a verilən məlumata görə, yanvarın 19-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının şəhər sakini Sara Hüseynova olması, həmin gün 41-ci məhəllənin ərazisində yolu keçərkən naməlum avtomobillə vurulduğu məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən qaçan sürücü, şəhər sakini Mahir Mirzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Müzakirə qapadılmışdır.