Sumqayıtda qanvermə aksiyası keçiriləcək

375
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə qanvermə aksiyası keçiriləcək.
 
8-9 oktyabr tarixlərində keçiriləcək ikigünlük qanvermə aksiyası STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında təşkil ediləcək.
Vətəndaşlar saat 09:00-dan 15:00-dək qan vermək üçün müraciət edə bilərlər.
Tədarük olunacaq qan və ondan hazırlanacaq preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Ünvan: Sumqayıt şəhəri, Mehdi Hüseynzadə küçəsi, Təcili Tibbi Yardım

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər