Sumqayıtda qanvermə aksiyası keçirilib

401

Sumqayıt şəhər İcra Hakimiyyəti və Respublika Qan Bankı Publik Hüquqi Şəxs Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə şəhərdə növbəti qanvermə aksiyası keçirilib.

Aksiya 28 May – Müstəqillik Gününə həsr olunub.

Tədbirdə həkim briqadası tərəfindən donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb və qanvermə prosesi tibbi-profilaktik qaydalara uyğun şəkildə təşkil olunub.

Həkimlər aksiyanın yüksək səviyyədə təşkil olunduğunu bildirərək, bu kimi tədbirlərin mütəmadi keçirilməsinin cəmiyyətin sağlamlığı baxımından mühüm rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, belə sosial əhəmiyyətli aksiyalar Sumqayıt şəhərində mütəmadi şəkildə təşkil olunur və geniş ictimai dəstək qazanır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər