Sumqayıtda qardaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti AĞIRDIR – RƏSMİ

633

Sumqayıt Tibb Mərkəzi Sumqayıtda qardaşı tərəfindən bıçaqlanan 11 yaşlı uşağın vəziyyəti barədə məlumat yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumatda bildirilir ki, 2012-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Zülfüqarlı Hüseyn Mahir oğlu 21.08.2023 tarixində saat 00:45-də TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına daxil olub. Xəstəyə travmatik hemopnevmotoraks diaqnozu qoyulub.

Vəziyyətə uyğun olaraq cərrahi əməliyyat olunub. Vəziyyəti keçirdiyi əməliyyata görə, stabil ağırdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər