Sumqayıt şəhərində qarlı-şaxtalı havada yollarda və ya digər ərazilərdə hər hansı bir problem yaranarsa, müvafiq qurumlar tərəfindən dərhal əməli tədbir görüləcək.
Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Teymur Səmədov icra hakimiyyəti aparatının əməkdaşları və aidiyyəti qurum rəhbərləri ilə keçirdiyi görüşdə bildirib.
Əvvəlcə “Sumqayıt Təmizlik Departamenti” MMC-nin xüsusi texnikalarına baxış keçirilib. Bildirilib ki, qışa hazırlıq işləri yüksək səviyyədə görülüb və bunun üçün kifayət qədər işçi qüvvəsi, texnika, nəqliyyat vasitələri mövcuddur. Təmizlik departamenti tərəfindən qum və duz ehtiyatı da tədarük edilib.
T.Səmədov bildirib ki, şaxtalı havada yolların qardan təmizlənərək nəzarətə götürülməsi üçün icra hakimiyyəti və digər qurumların nümayəndələri müxtəlif ərazilərə təhkim olunublar. Şəhər ərazisində avtomobil yollarının, prospekt və küçələrin qardan təmizlənməsi məqsədilə kifayət qədər texnika, maşın və mexanizm hazır vəziyyətə gətirilib.
Qışa hazırlıqla bağlı həyata keçirilən bütün tədbirlərin şəhər rəhbərliyinin gündəlik diqqət mərkəzində olduğu vurğulanıb.
Müzakirə qapadılmışdır.