Sumqayıtda Qurban bayramı münasibətilə iki minə yaxın ailəyə bayram payı verilib

554

Sumqayıtda Qurban bayramı münasibətilə şəhid ailələri və aztəminatlı ailələrə bayram sovqatları təqdim edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər ərazisində yaşayan 2000-ə yaxın şəhid ailəsinə, müharibə əlilinə və aztəminatlı ailəyə bayram sovqatları paylanılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrinin evlərinə baş çəkərək onların gündəlik qayğıları ilə maraqlanıblar.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər