Sumqayıtda şadlıq saraylarında toylar DAYANDIRILIB

615

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təəssüf ki, sərnişinlərdən 37-si Azərbaycan vətəndaşı olub və onlardan 23-ü həyatını itirib.

Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycan ərazisində matəm elan edilib. Matəm günü ilə əlaqədar ölkə ərazisində bayraqlar endirilib.

Sumqayıt şəhərində də matəm günü ilə bağlı tədbirlər həyata keçirilib.

“sumqayitxeber.com” mövzu ilə bağlı Sumqayıt şəhərində fəaliyyət göstərən şadlıq sarayları ilə əlaqə saxlayıb. Şəhərdəki bəzi məşhur şadlıq saraylarından bildirilib ki, əvvəlcədən planlaşdırılmış toy və digər mərasimlər ləğv edilib. Şadlıq saraylarında əvvəlcədən nəzərdə tutulan toy məclisləri dayandırılıb və müştərilərə məlumat verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər