Sumqayıtda Sahil küçəsi yenidən qurulur – FOTOLAR

2147

Sumqayıt şəhərinin ikinci giriş qapısı olan Sahil küçəsi yenidən qurulur.

Son illər Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.

Hazırda uzunluğu 7,5 kilometr olan Sahil küçəsində təmir işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir.

Görülən işlər Novxanı–Sumqayıt istiqamətində nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradacaq.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər