Sumqayıt şəhərində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri təmir olunur və yeni piyada səkiləri inşa edilir.
sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhərində yol istifadəçilərinin təhlükəsizliyini təmin etməyən daha bir piyada keçidi təmir olunur.
Sumqayıt şəhər Lermontov və Koroğlu küçələrinin kəsişməsində yerləşən təhlükəsizlik adacığı asfaltlanmadığı üçün piyadalar həmin hissəni kənardan ötüb keçmək məcburiyyətində qalırdılar. Bu isə yol istifadəçiləri üçün təhlükəli anlara səbəb olurdu.
Artıq həmin yolda piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə tədbirlər görülür.
Müzakirə qapadılmışdır.