2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt şəhər “41a” məhəlləsində yaşayan seçicilərlə görüşü keçirilib.
Namizədin nümayəndəsi Pərvanə Hacıyeva partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, YAP-ın Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşmasına dəyərli töhfələr verdiyini deyib. Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, üçrəngli dövlət bayrağımız bütün ərazilərimizdə ucaldılıb: “Hazırda ölkəmiz regionda iqtisadi inkişafına görə lider ölkə olmaqla yanaşı, sabitlik və təhlükəsizlik adası olaraq tanınır. Ölkəmizdə dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi prioritet olan hədəflərdəndir”.
Qeyd edək ki, həmin gün namizəd Vətən müharibəsi şəhidi Cavad Hüseynovun ailəsini də ziyarət edib
Müzakirə qapadılmışdır.