Azerbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli, 25 nömrəli qərarına əsasən Sumqayıt şəhərində “Şəhərdaxili Hərəkət (Mobillik) Planı”nın hazırlanması ilə bağlı işlərə start verilib. Bu plan şəhər daxilində nəqliyyatın təhlükəsiz, səmərəli və rahat təşkili məqsədi daşıyır.
Layihə çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq yaradılıb. Bu, dövlət-universitet-sənaye formatında ilk əməkdaşlıq layihəsi hesab olunur. Elmi əsaslara söykənən metodologiya ilə həyata keçiriləcək işlər çərçivəsində şəhər ərazisində nəqliyyat sisteminin vəziyyəti və nəqliyyat-sosioloji aspektlər öyrəniləcək.
AzTU-nun nümayəndələri tərəfindən 26-30 may 2025-ci il tarixlərində şəhər ərazisində sorğu-monitorinq təşkil edilib.
Sözügedən sorğuların nəticələri gələcəkdə Sumqayıt şəhərinin nəqliyyat siyasətinin formalaşdırılmasında və şəhər mobilliyinin artırılmasında əsas rol oynayacaq.
Müzakirə qapadılmışdır.