Sumqayıtda şəhid ailələri və müharibə iştirakçılarına dəstək davam etdirilir

382

Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğını davam etdirir. İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 6 oktyabr 2021-ci il tarixli, 569 nömrəli sərəncamı ilə yaradılan Əlaqələndirmə Mərkəzi bu istiqamətdə mühüm fəaliyyət həyata keçirir. Mərkəzin tərkibində Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri və müharibə əlilləri yer alır.

Əlaqələndirmə Mərkəzinin nümayəndələri mütəmadi olaraq şəhid ailələri və müharibə əlillərini ziyarət edir, onların gündəlik qayğıları ilə maraqlanır və sosial problemlərinin həlli üçün tədbirlər görürlər. Bu ziyarətlər çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri 44 günlük Vətən müharibəsi iştirakçısı Ramil Ömərovun ailəsini də ziyarət ediblər. Görüş zamanı ailənin ehtiyacları dinlənilib, gündəlik qayğıları ilə maraqlanılıb. Ailəyə bir sıra zəruri məişət əşyaları və yardım paketləri təqdim olunub. Həmçinin, Ramil Ömərovun iki övladı üçün məktəb ləvazimatları və digər tədris vasitələri alınıb və onlara təqdim edilib.

Şəhid ailələrinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin sosial problemlərinin həllinə və məşğulluqlarına dəstək məqsədilə yaradılmış Əlaqələndirmə Mərkəzi Sumqayıt şəhərində bu sahədə fəaliyyətini genişləndirir və müntəzəm olaraq ünvanlı sosial dəstək tədbirləri həyata keçirir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər