Sumqayıtda şəhid ailələri və qazilərə bayram sovqatları verilib

764

Sumqayıt şəhərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələri ziyarət olunub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları bayram günlərində şəhidlərimizin ailə üzvlərinə baş çəkib, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bayram günlərində Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mindən artıq şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər