Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirildi, qeyri formal məşğulluğun qarşısının alınması müzakirə olundu

554

Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyatı qurumların əməkdaşları, şəhid ailələri, qazilər, iş adamları iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev bildirib ki, Mərkəz ötən dövr ərzində məşğulluğun təmin olunması istiqamətində ciddi addımlar atılıb, müsbət nəticələr əldə olunub.  Bir sıra problemlər aradan qaldırılıb.

Gündüz Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan sosial dövlət konsepsiyasının başlıca istiqaməti əhalinin rifah səviyyəsinin yüksəldilməsi, hər bir vətəndaşın iqtisadi və sosial hüquqlarının qorunmasıdır. Bu baxımdan qeyri-formal məşğulluğun aradan qaldırılması dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin imzaladığı 2017-ci il 14 mart tarixli sərəncamla Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiya  Komissiyasının yaradılması da qeyri formal məşğulluğun qarşısının alınması istiqamətində aparılan sosial-iqtisadi siyasətin daha da gücləndirilməsi və bu sahədə praktik nəticələrə nail olunması məqsədi daşıyır. Sumqayıt şəhərində də qeyri rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı işlərin daha səmərəli təşkil olunması məqsədi ilə yerli əlaqələndirmə komitəsi tərəfindən müvafiq dəyişikliklər edilib.

Bildirək ki, qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılması istiqamətində işlərin komitə tərəfindən mütəmadi olaraq davam etdirilməsi,eyni zamanda,ictimai təşkilatların bu sahədə fəaliyyətinin dəstəklənməsi nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər