Millət vəkilləri Sumqayıt şəhərində şəhid ailələri ilə görüşüb.
Millət vəkili Mirzəcan Xəlilovun təşəbbüsü ilə Sumqayıt şəhərində yaşayan şəhid və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. Tədbirdə millət vəkilləri Muxtar Babayev, Mirzəcan Xəlilov və Tahir Mirkişili iştirak edib. Millət vəkilləri tədbir iştirakçılarını salamlayaraq onları xalqımızın əziz bayramı olan Novruz bayramı münasibəti ilə təbrik ediblər. Bildirilib ki, ölkəmizdə müharibə veteranlarına və şəhid ailələrinə qayğı daim diqqət mərkəzindədir. Çıxış edən tədbir iştirakçıları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Müzakirə qapadılmışdır.