Sumqayıtda şəhid Coşqun Zeynallının adını daşıyan küçəyə asfalt örtüyü çəkilib

270

Sumqayıtda şəhidlərin xatirəsinə göstərilən diqqət və qayğının daha bir nümunəsi reallaşdırılıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı əsasında, Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə Xəzri-2 yaşayış massivində yerləşən şəhid Coşqun Zeynallının adını daşıyan küçəyə asfalt örtüyü çəkilib.

Bu barədə APA-ya İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, əraziyə müasir texnikalar və çoxsaylı canlı qüvvə cəlb olunaraq, qısa müddətdə yolun tam bərpası təmin edilib: “Küçənin asfaltlanması həm vətəndaşların gündəlik həyat şəraitinin yaxşılaşdırılması, həm də şəhidlərimizin xatirəsinin uca tutulması baxımından xüsusi əhəmiyyət daşıyır.

Sakinlər, xüsusilə də şəhid Coşqun Zeynallının ailə üzvləri görülən işlərə görə ölkə rəhbərliyinə, dərin təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, şəhidlərin adının əbədiləşdirilməsi və bu adlara layiq şəraitin yaradılması dövlətin və xalqın şəhidlərə olan sonsuz ehtiramının bariz göstəricisidir”.

Qeyd edilib ki, Sumqayıt Bələdiyyəsi tərəfindən şəhərin müxtəlif ərazilərində bu kimi abadlıq və yenidənqurma işləri mütəmadi olaraq həyata keçirilir. Şəhidlərin adlarını daşıyan küçə və məhəllələrin abadlaşdırılması istiqamətində xüsusi diqqət göstərilir.

Bu təşəbbüslər bir tərəfdən şəhərin infrastrukturunun müasirləşdirilməsinə, digər tərəfdən isə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xidmət edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər