Sumqayıt şəhərində abadlıq-quruculuq işləri davam etdirilir. Qəbul olunmuş tədbirlər planına uyğun olaraq şəhər ərazisində mərhələli şəkildə yollar asfaltlanır, piyada səkiləri təmir olunur, yaşayış binalarının fasadı yenilənir.
Hazırda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan küçədə kompleks tədbirlər görülür. Küçə boyunca piyada səkiləri təmir olunur, yaşayış binalarının fasadları yenilənir.
Müzakirə qapadılmışdır.