Son illərdə Sumqayıt şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl addımlar atılır. Şəhərin müxtəlif ərazilərində köhnəlmiş yollar əsaslı şəkildə təmir edilir, asfalt örtüyü yenilənir.
Tədbirlər planına uyğun olaraq Sumqayıt Bələdiyyəsi tərəfindən Xəzri-2 yaşayış massivində yerləşən şəhid Gəray Məmmədov küçəsində asfaltlanma işləri aparılıb. Uzun müddət yolun bərbad vəziyyətdə olması, xüsusilə də qış aylarında hərəkəti çətinləşdirməsi sakinlər üçün ciddi narahatlıq doğururdu.
Vətəndaş müraciətlərinə əsasən başlanılan təmir işləri nəticəsində küçəyə yeni asfalt qatı çəkilib. Bu da nəqliyyatın və piyadaların hərəkətini daha rahat və təhlükəsiz edib.
Qeyd edək ki, bundan əvvəl Yaşma yaşayış massivində şəhid Cavid Mirzəyev, eləcə də Xəzri-2 yaşayış massivində şəhid Coşqun Zeynallı küçələrində asfaltlanma işləri həyata keçirib.
Müzakirə qapadılmışdır.