Sumqayıt şəhərində abadlıq işləri çərçivəsində yolların yenidən qurulması istiqamətində sistemli tədbirlər davam etdirilir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Sumqayıt Bələdiyyəsi tərəfindən şəhər ərazisində genişmiqyaslı asfaltlaşdırma və abadlıq işləri həyata keçirilir. Bu tədbirlər nəticəsində uzun illər baxımsız qalmış küçələr yenidən qurulur.
Cari il üçün nəzərdə tutulan layihələr çərçivəsində şəhidlərin adını daşıyan küçələrə xüsusi diqqət yetirilir. Belə ki, Corat bağları ərazisində yerləşən Şəhid Mais Səmədov və Şəhid Məhəmməd Nadir Rzayev küçələri, eləcə də Xəzri-2 yaşayış massivindəki Şəhid Gəray Məmmədov və Şəhid Coşqun Zeynallı küçələri yaxın zamanda asfalt örtüyü ilə təmin ediləcək.
Qeyd edək ki, son illər ərzində Sumqayıtda aparılan abadlıq və infrastruktur layihələri nəticəsində onlarca küçə yenilənib, yüz minlərlə kvadratmetr əraziyə yeni asfalt örtüyü çəkilib. Bu işlər davamlı xarakter daşıyır və gələcəkdə də şəhərin bütün yaşayış massivlərini əhatə edəcək.
Müzakirə qapadılmışdır.