Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı mövcud tədbirlər planına uyğun olaraq asfaltlanma işləri və səkilərin təmiri həyata keçirilir. Şəhər ərazisində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud səkilər təmir olunur və yeni səkilər salınır. Ötən il Sumqayıt şəhər ərazisində Koroğlu və Sülh prospektlərində, Polad Həşimov, Nizami, Bakı, Nəriman Nərimanov, Babək, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Səməd Vurğun və digər ərazilərdə səkilər təmir olunub.
Bu il isə Koroğlu və Azərbaycan prospektində, , Zülfü Hacıyev, Üzeyir Hacıbəyov, Ağa Quliyev, Niyazi, Bədəlbəyli, 20 yanvar, Zamin Hüseynov, Ərşad Kərimov, Kamran Hüseynov, Mehdi Hüseynzadə küçələrində, eləcə də bəzi mikrorayonların daxilində səkilərin təmir olunması nəzərdə tutulub.
Müzakirə qapadılmışdır.