Sumqayıtda səkilər yenilənir

86

Sumqayıt şəhərində əhalinin rahat hərəkətini təmin etmək məqsədilə şəhərin bir sıra küçələrində səki təmir işləri davam etdirilir. Hazırda Ağa Quliyev küçəsində, 4-cü mikrorayon ərazisində səki təmiri həyata keçirilir.
İcra olunan işlər çərçivəsində köhnəlmiş səkilər sökülərək yerinə müasir standartlara uyğun yeni səki daşları döşənir. Təmirdən sonra ərazidə həm piyadaların rahat hərəkəti təmin ediləcək, həm də şəhərin ümumi estetik görünüşü yaxşılaşdırılacaq.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, səki təmiri işləri mərhələli şəkildə digər küçələrdə də davam etdiriləcək və şəhər sakinlərinin rahatlığı üçün lazımi təhlükəsizlik tədbirləri görülür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər