1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində uşaqlarımıza həsr olunmuş “Sənin hüququn – sənin gəncliyin!” adlı genişmiqyaslı tədbir keçirilib.
Tədbir Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, Azərbaycan Pediatrlar Assosiasiyası və Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən tədbirdə millət vəkilləri –Hicran Hüseynova, Mehriban Vəliyeva, Müşfiq Məmmədli və Günay Ağamalı, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt üzrə sektor müdiri İman Ağayev, təhsil işçiləri, valideynlər, şagirdlər, şəhid və qazi ailələri iştirak edib.
Millət Vəkili Hicran Hüseynova çıxış edərək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları, xüsusilə də 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın bizə əmanət övladlarını səmimi qəlbdən təbrik etdim, onlara sağlam, sevgi dolu və işıqlı bir gələcək arzulayıb.
Vurğulanıb ki, Azərbaycan dövləti hər zaman uşaqların hüquqlarının qorunmasına, onların təhsil, sağlamlıq və rifahının təmin olunmasına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin ideoloji əsasını Ulu Öndər Heydər Əliyevin “Uşaqlar xalqın, dövlətin gələcəyidir” fikri təşkil edir. Bu siyasi xətt bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə xüsusi əhəmiyyətə malik çoxşaxəli layihələr həyata keçirir. Xüsusilə də xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, müalicəsi və cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlar təqdirəlayiqdir.
Sonda Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü ilə aztəminatlı, şəhid və qazi ailələrindən olan məktəblilərə uşaq hüquqları mövzusunda maarifləndirici kitablar və müxtəlif hədiyyələr təqdim olunub.
Müzakirə qapadılmışdır.