Sumqayıtda səsvermə seçici fəallığı şəraitində keçirilir

446

Sumqayıt şəhərində səsvermə prosesi seçici fəallığı şəraitində keçirilir.

“Report”un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhərində seçicilər 6 seçki dairəsi üzrə 210 seçki məntəqəsində səs verirlər.

Məlumata əsasən, şəhərdə ümumi seçicilərin sayı 273 min 698 nəfərdir. Onlardan 2 499-u ilk dəfə səs verir. Seçicilərdən birinin yaşı 100-dən çoxdur.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər