Sumqayıtda “Sevgi dolu bir dünya” adlı tədbir keçirilib

898
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi və Təfəkkür liseyinin birgə təşkilatçılığı ilə “Sevgi dolu bir dünya” adlı tədbir keçirilib.
İştirakçılar öncə Sumqayıt Heydər Əliyev Mərkəzində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının dövlət himni səslənib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Ülviyyə Müzəffərova, Təfəkkür liseyinin direktoru Qönçə Səftərova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Gülbahar Haqverdiyeva tədbirin əhəmiyyətindən danışıblar.
Şagirdlərin bədii-ədəbi kompozisiyaları nümayiş olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər