Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti qəbulunu şəhərin 11-ci mikrorayon ərazisində keçirib. Görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Şəhər rəhbəri qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların müraciətlərini diqqətlə dinləyib. Əsasən sosial müdafiə, mənzil-məişət və məşğulluq məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan problemlərin bir qismi yerindəcə öz həllini tapıb.
Zakir Fərəcov görüş zamanı araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. O, bu tapşırıqların qanunvericiliyin tələblərinə uyğun və qısa müddətdə icra olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu cür səyyar görüşlər Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən müntəzəm olaraq həyata keçirilir.
Müzakirə qapadılmışdır.