Sumqayıtda şirkət əməkdaşı ofisdə öldü – FOTO

988
Sumqayıt şəhərində yerləşən ofislərdən birində faciə baş verib.

sumqayitxeber.com News24.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 17-də saat 11 radələrində şəhərin 4-cü mikrorayon ərazisində yerləşən “Dynamex” kargo şirkətində qeydə alınıb.

Şirkətdə çalışan Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü Orxan Dilqəm oğlu Məmmədov iş yerində qəfil vəfat edib.

Onun böyrək çatışmazlığından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər