Sumqayıtda Su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub

308

Sumqayıt şəhərində Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxış edərək su təsərrüfatı və meliorasiya sahəsində çalışanları peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Fərid Ələkbərov qeyd edib ki, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində içməli su təchizatı və torpaqların suvarılması xidmətləri ilbəil yaxşılaşdırılır. O, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quliyev çıxış edərək bildirib ki, su təsərrüfatı işçilərinin peşə bayramının təsis edilməsi Prezident İlham Əliyevin bu sahədə çalışan insanların əməyinə verdiyi yüksək qiymətin bariz göstəricisidir. O, bu diqqət və qayğının kollektivləri üçün stimul olduğunu qeyd edib.

Tədbir çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin su təsərrüfatı sahəsində uzun illər fəaliyyət göstərən bir qrup əməkdaşa fəxri fərmanlar təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər