İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində “AzerFloat” QSC-nin şüşə lövhələrin istehsalı zavodunun inşası gələn il başa çatacaq.
Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
Onun sözlərinə görə, bu layihə üzrə 82 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşu nəzərdə tutulub.