Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.
“Report”un yerli bürosuna bu barədə “Azərsu” ASC-nin “Sumqayıt Sukanal İdarəsi”ndən” məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d 450 mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq, 2024-cü il mayın 24-ü səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12 ci məhəllələrin bir hissəsinə suyun verilişində fasilə yaranacaq.
Müzakirə qapadılmışdır.