Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.
Sumqayıt şəhər 26 nömrəli məktəbin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Taleyimin şəhəri” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəbin tədbirlər planına əsasən təşkil olunan bu ədəbi-bədii kompozisiyada şagirdlər doğma Sumqayıt şəhərinə həsr olunmuş dolğun proqramla çıxış ediblər. Şagirdlər Sumqayıtın tarixi, şəhərin inkişafına töhfə vermiş tanınmış simalar haqqında məlumat verərək şeirlər səsləndirib, mahnılar oxuyub və Sumqayıtla bağlı müxtəlif səhnəciklər nümayiş etdiriblər.
Tədbirdə Respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, yazıçı-publisist Ağalar İdrisoğlu, boks üzrə idman ustası və Sumqayıtın ilk Olimpiya mükafatçısı Fuad Aslanov, Heydər Əliyev Mərkəzin direktoru Vüsalə Qurbanova, Sumqayıt şəhər 26 nömrəli məktəbin direktoru Əli Musayev və digər qonaqlar iştirak edib. Qonaqlar şagirdlərin Sumqayıt sevgisilə dolu çıxışlarını maraqla izləyiblər və onların şəhərin tarixi ilə bağlı olan biliklərinə, vətənpərvərlik ruhuna yüksək qiymət veriblər.
Müzakirə qapadılmışdır.