Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında Ümummilli Lider Heydər Əliyevin 100 illlik yubileyinə həsr olunmuş “Tarixin uca zirvəsi” adlı tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat yoluna nəzər salıb, müstəqil Azərbaycanın memarının ölkənin inkişafı yolunda əvəzsiz xidmətlərindən danışıb.
Şəhər rəhbəri vurğulayıb ki, Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə Sumqayıt şəhərinə 16 dəfə səfər edib. Bu səfərlərin hər biri əlamətdar hadisələrlə yadda qalıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili siyasət kursu sayəsində Sumqayıt şəhəri sürətlə inkişaf edir. Dövlət başçısının Sumqayıt şəhərinə hər gəlişi, təməlqoyma mərasimlərində iştirakı, dövlət və özəl müəssisələrin açılışını etməsi, təhsil, səhiyyə, mədəniyyət ocaqların istifadəyə verilməsi şəhərin tarixində əhəmiyyətli hadisəyə çevrilir.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Müzakirə qapadılmışdır.