Sumqayıtda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib – FOTOLAR

810

Bu gün Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binasında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfransda Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, 5 rayon və 1 şəhər təhsil şöbəsinin müdirləri, məsləhətçiləri və metodkabinetin direktorları, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Süleymanov və müavini Musa Məmmədov, eləcə də qeyd edilən şəhər və rayon məktəblərinin direktoru və müəllimləri iştirak edib. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov şəhər rəhbərliyi adından  qonaqları salmayaraq konfransın işinə uğurlar arzuladı.

Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Dövlət Himni səsləndirilib. Azərbaycanın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov öz hesabat xarakterli nitqində 5 rayon və 1 şəhər təhsil şöbəsinin ötən tədris ili ilə bağlı işləri ilə bağlı geniş çıxış etmişdir. Vətən müharibəsi iştirakçısı, 33 nömrəli məktəbin Gənclərin çağırışaqədərki hərbimüəllimi Orxan Quliyev Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən, keçdiyi döyüş yollarından, şəhid və qazi olmuş əsgər, zabitlərimizdən bəhs edib.

Digər çıxış edən 25 nömrəli tam orta məktəbin fəal, bacarıqlı ibtidai sinif müəllimi Sevinc Əsədova beynəlxalq layihələr, eləcə də etwinning platforması haqda əsas məqamları vurğulayıb.

Daha sonra Təhsil İnsitutunun nümayəndəsi Aysel Qasımova məktəblərdə psixo-sosial dəstəyin önəmini vurğulayaraq, inkluziv siniflərinin sayının artmasının əhəmiyyətindən bəhs edib.

Sumqayıt Təhsil Şöbəsinin müdiri Arzu Alıyeva təhsil sahəsində əldə edilən nailiyyətlərdən, uğurlardan söhbət açdı. Və bu uğurların əldə edilməsində, ölkənin təhsil sisteminin formalaşmasında mühüm rol oynayan Təhsil Nazirliyinə öz minnətdarlığını bildirdi. A.Alıyeva qazanılan nailiyyətlərin gələcək tədris ilində daha da artırılacağına əminliyini ifadə etdi və bu istiqamətdə səylərini əsirgəməyəcəyinə söz verdi.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar Fərzəli Qədirov tərəfindən dolğun şəkildə cavablandırılıb.

Sumqayıtda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər