Sumqayıtda “Tələbə-Diksiya Klubu” layihəsinə start verildi

893

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 20 iyul 2024-cü il tarixində Sumqayıtda Gənclər Fondunun “İdeyanı reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqədə qalib olan “Tələbə-Diksiya Klubu” layihəsinin təqdimatı və birinci qrup gənclər üçün interaktiv seminar keçirilib.
Seminarda gənclərə diskussiya bacarıqlarının formalaşdırılması, natiqlik sənəti ilə bağlı biliklər çatdırılıb, Azərbaycan dili normaları, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı və aydın tələffüz üsulları haqqında məlumatlar verilib.
Qeyd edək ki, layihənin növbəti 27 iyul 2024-cü il tarixində keçiriləcək mərhələsində gənclərə praktik məşğələ təşkil olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər