Sumqayıtda təmizlik aksiyası – FOTO

242
Sumqayıt şəhərində abadlıq və təmizlik işlərinin gücləndirilməsi məqsədilə növbəti iməcilik aksiyası təşkil olunub.
Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 21-ci mikrorayonun “Şirvanşah” küçəsində keçirilən iməcilikdə qurum əməkdaşları və könüllülər fəal iştirak ediblər.
Aksiya zamanı ərazi alaq otlarından, məişət tullantılarından və yığılıb qalmış zibillərdən təmizlənib. Küçənin kənarlarında abadlıq işləri aparılıb, yaşıllıqlara qulluq edilib, səkilərin kənarlarında səliqə-sahman yaradılıb.
Məqsəd həm ərazinin ekoloji durumunu yaxşılaşdırmaq, həm də şəhərdə yaşayan sakinlər üçün daha təmiz və rahat mühit yaratmaqdır. Eyni zamanda belə aksiyalar şəhər sakinlərinin ictimai fəallığını artırmaq, onları yaşadıqları məhəllənin abadlığına daha məsuliyyətlə yanaşmağa təşviq etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Sakinlər də aparılan təmizlik və abadlıq işlərini müsbət qarşıladıqlarını bildirərək, belə təşəbbüslərin şəhərə yeni sima qazandırdığını xüsusi qeyd ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər