Sumqayıtda təmizlik və abadlıq işləri fasiləsiz davam etdirilir

144

Sumqayıt şəhərində sanitar təmizliyin qorunması və şəhərin abad görünüşünün təmin edilməsi istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Şəhər Təmizlik Departamentinin əməkdaşları növbəli iş qrafiki əsasında günün 24 saatı küçə və prospektlərin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması, tullantı konteynerlərinin təmizlənməsi, eləcə də park, xiyaban və digər ictimai məkanlarda təmizlik işlərini həyata keçirirlər. Əsas magistral yollar boyunca xüsusi texnika və işçi qüvvəsi cəlb olunmaqla ərazilərin sanitar vəziyyəti daim nəzarətdə saxlanılır.

Departament tərəfindən işlər planlı şəkildə təşkil edilir, şəhərin bütün əraziləri üzrə mütəmadi nəzarət həyata keçirilir. Qeyd edək ki, Təmizlik Departamenti öz balansında olan ərazilərlə yanaşı, bələdiyyələrin və ərazi nümayəndəliklərinin əhatə etdiyi sahələrdə də təmizlik və bərpa işləri apararaq şəhərdə vahid sanitar mühitin qorunmasına töhfə verir.

Görülən tədbirlər nəticəsində Sumqayıtın küçə və prospektləri, park və xiyabanları daim səliqəli saxlanılır, şəhərin estetik görünüşü və sakinlərin rahatlığı təmin olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər