Sumqayıt Tibb Mərkəzinin (STM) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ümumşəhər tədbiri keçirilib.
Tədbirdən öncə səhiyyə işçiləri Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Bayram tədbirində STM-nin tabeliyində olan tibb müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edilib.
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov çıxış edərək bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
O, həkimlərin insanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək və yaşatmaq üçün yorulmadan çalışdıqlarını diqqətə çatdırıb.
Elnur Azadxanov əlavə edib ki, Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, köklü kadr islahatları icbari tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov icra başçısı Zakir Fərəcovun təbriklərini tibb işçilərinə çatdırıb. Bildirib ki, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir.
T.Səmədov Prezident İlham Əliyevin səhiyyə sahəsində apardığı mütərəqqi islahatlardan söz açıb, həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır.
O, bu şərəfli işdə bütün həkimlərə və tibb işçilərinə uğurlar arzulayıb.
Çıxışlardan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif olunan bir qrup səhiyyə işçisinə, eyni zamanda Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi tərəfindən mükafatlandırılan əməkdaşlara Fəxri fərmanlar təqdim edilib.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Müzakirə qapadılmışdır.