“Azərsu” ASC-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) həyata keçirdiyi “İçməli və tullantı suları” layihəsi çərçivəsində Sumqayıt şəhərində parkların və yaşıllıq sahələrinin suvarılması üçün texniki suların hazırlanmasını nəzərdə tutan layihə üzrə işçi qrupun iclası keçirilib.
“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, iclasda qurumun və GIZ-in əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Naziriyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Eyni zamanda tədbirə Almaniyanın Lufviqshafen şəhərinin kommumal təsərrüfat idarəsinin rəhbərliyi də onlayn qoşulub. İclasda işçi qrupun rəhbəri “Azərsu”yun Mərkəzi laboratoriyasının müdiri Elçin Əliyev, Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev, Tullantı su şəbəkələrinin istismarı şöbəsinin rəisi Xalid Abasov iştirak edib.
Tədbirdə tullantı sularının yaşıllıqların suvarılmasında istifadəsi imkanları barədə müzakirələr aparılıb. Hövsan, Bibiheybət və Müşfiqabad qəsəbələrində tullantı sularının təmizlənib yaşıllıq sahələrinin suvarma üçün istifadə edildiyi ərazilərlə tanışlıqdan sonra təcrübə mübadiləsinin aparılması qərara alınıb.