Sumqayıt şəhər 1 nömrəli doğum evində 17 noyabr Ümümdünya Yarımçıq Doğulmuş Uşaqların günü münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli günün əhəmiyyətindən geniş bəhs edərək bildirib ki, uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir. Ölkədə ana və uşaq sağlamlığı ilə bağlı mühüm layihələr həyata keçirilir. Bunun nəticəsində xəstəxanada yeni doğulmuş uşaqlar üçün hər cür şərait yaradılıb.
Daha sonar tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov vurğuladı ki, Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu gün ölkəmizdə gələcəyimiz olan uşaqların sağlam dünyaya gəlməsi, lazımi tibbi xidmət almaları, rahat təhsil almaları üçün bütün şərait vardır.
Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev gələcəyin genefonu olan körpələrə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilib.
Vurğulandı ki, tibb müəssisәlәrinin hamısı müasir texnika və avadanlıqla tәchiz olunub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşmüş, həmçinin ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı salınıb.
Digər çıxış edənlər Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağölı sosial problemlərin həlli uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün zruri addımlar atılır.
Tədbirin sonunda xəstəxanada son bir il ərzində görülmüş işlərlə tanışlıq oldu.
Müzakirə qapadılmışdır.