Sumqayıt Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilib.
Tədbirdən öncə Sumqayıt şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Daha sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konfrans başlayıb. Konfransda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, digər dövlət qurumlarının rəhbərləri iştirak edib.
Konfransda çıxış edənlər müstəqil Azərbaycanın tarixində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb, zəngin dövlətçilik təcrübəsi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində digər dövlət qurumları ilə yanaşı, gömrük orqanları da ölkəmizin mühüm dövlət təsisatlarından biri kimi formalaşdı.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmlənməsinə, davamlı inkişafına yönələn zəngin ideyaları bu gün də onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Müzakirə qapadılmışdır.