Sumqayıtda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

187
Sumqayıt Tibb Mərkəzinin (STM) 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində uşaqların sağlamlığının qorunması, onların hüquqlarının təmin edilməsi və ailələrin maarifləndirilməsi məqsədilə geniş maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərrova, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri Namirə Abbasova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev, Sumqayıt Şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov, eləcə də Sumqayıt Tibb Mərkəzinin hüquqşünası Günay İbrahimli iştirak ediblər.
Tədbiri giriş sözü ilə 1 nömrəli ASM-nin baş həkimi Təranə Mansurova açaraq, “Uşaq hüquqları aylığı”nın məqsədləri və bu istiqamətdə görülən işlər barədə məlumat verib.
STM-nin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri Namirə Abbasova isə çıxışında uşaqlarda xəstəliklərin profilaktikasının, mütəmadi tibbi müayinələrin və vaksinasiya tədbirlərinin əhəmiyyətinə toxunub. O bildirib ki, erkən yaşda aparılan profilaktik tədbirlər gələcəkdə sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərrova qeyd edib ki, uşaq hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Ü. Müzəfərrova bu sahədə həyata keçirilən sosial və hüquqi tədbirlərdən danışaraq, ailələrə övladlarının təhsili və sağlam inkişafı ilə bağlı məsuliyyətli davranmağın vacibliyini xatırladıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev uşaqların məktəb mühitində sağlam və təhlükəsiz şəraitdə təhsil almasının, müəllim-valideyn-tibb əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Sumqayıt Şəhər Polis İdarəsinin nümayəndəsi, polis mayoru Azər Bağırov isə çıxışında yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik işin istiqamətlərindən danışıb, uşaqların təhlükəsizliyinin təmin olunması, zərərli vərdişlərdən qorunması və sosial məsuliyyət hissinin aşılanmasının vacibliyini qeyd edib.
Tədbirdə valideynlər və uşaqlar aktiv iştirak edib, onların sualları cavablandırılıb. Həmçinin, iştirakçılara uşaq hüquqları, sağlam qidalanma, gigiyena və təhlükəsizlik mövzularında maarifləndirici broşürlər paylanıb.
Sonda tədbir iştirakçıları 1 nömrəli ASM-də uşaqlara göstərilən tibbi xidmətlərlə də tanış olublar. Onlara müəssisədə həyata keçirilən profilaktik müayinələr, peyvənd tədbirləri, icbari dispanzerizasiya prosesi və ailə həkimlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər