Sumqayıt şəhərində “Uşaq Hüquqları aylığı” çərçivəsində noyabrın 2-də tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Laiqə Hidayətova, Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi Təranə Novruzova, Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbin direktoru Arzu Alızadə, məhkəmə-hüquq mühafizə orqanları, ədliyyə orqanlarının nümayəndələri və məktəblilər iştirak edib.
Tədbirdə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uaşqlara diqqət və qayğının göstərilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə Nail olmağın “Uşaq Hüquqları Aylığı”nın əsas məqsədidir.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz cəmiyyətin gələcəyi olan uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib. Uşaqların istismar olunması, erkən nigah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib. Uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsi, təlim və tərbiyənin önəmli rol oynaması barədə məlumat verilib. Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nigah problemi ölkəmizdə hələ ki, mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nigah hallarının baş verməsidir. Erkən nigah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına almaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanlamalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nigah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Nəticədə bəzi qış uşaqları təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır.yükü daşı aq məcburiyyətində qalır.
Tədbirdə həmçinin gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi qayğı və diqqətdən danışılıb. Ölkəmizin müstəqillik əldə etdikdən sonra qoşulduğu beynəlxalq sənədlərdən və qəbul edilən qanunlardan bəhs edilib. “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən bu cür mötəbər tədbirlər ölkədə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir. Uşaqlar bizim gələcəyimizdir, onları qorumaq, xüsusi diqqət və sevgi göstərmək hamının borcudur. Sevgi, şəfqət və hörmətlə böyüyən uşaqlar güclü gələcəyin təminatıdır. Gəlin bütün uşaqların qayğısına qalmağı və hüquqlarını qorumağı unutmayaq.
Müzakirə qapadılmışdır.